
Bu gün Londonda Zəfər Günü münasibətilə ABADD ailəsi olaraq bir araya gəlib Qarabağ Zəfərinin gətirdiyi qürur və sevinc hissini bölüşdük.
Bu Zəfəri bizə yaşadan şəhidlərimizin müqəddəs xatirəsini dərin ehtiramla yad etdik – onların fədakarlığı hər zaman xalqımızın yaddaşında yaşayacaq. Zəfər yalnız hərbi uğur deyil, xalqımızın birliyinin, iradəsinin və haqq yolunda dayanmasının rəmzidir.
Bu mənalı tədbiri təşkil etdikləri üçün Diasporla İş üzrə Dövlət Komitəsinə, Azərbaycanın Böyük Britaniyadakı Səfirliyinə və British Azerbaijani Association-a təşəkkürümüzü bildiririk. Qoy Qarabağın səsi həmişə azad səslənsin, xalqımızın yolu isə daim işıqlı olsun.




