Biz kimik?

Fidan İsrafilbəyli

Təsisçi və Baş İcraçı Direktor (CEO)

Dr. İsrafilbəyli 25 ildən artıq təcrübəyə malik olan, Birmingham Women’s Hospital-da çalışan konsultant mama-ginekoloqdur. O, Böyük Britaniyanın Kral Mama və Ginekoloqlar Kollecinin (RCOG) və Britaniya Uroqinekoloqlar Cəmiyyətinin (BSUG) üzvüdür. 2009-cu ildə Azərbaycanda vaxtı keçmiş hamiləlik mövzusunda fəlsəfə doktoru (PhD) elmi dərəcəsi almış, 2018-ci ildə isə Birmingham Universitetində “COTS” (tikiş növlərindən asıllı serklajın nəticələri) mövzusunda tibb doktoru (MD) dərəcəsini qazanmışdır. Yüksək impakt faktorlu jurnallarda çoxsaylı elmi nəşrləri mövcuddur. Dr. İsrafilbəyli elmi-tədqiqat sahədə fəal iştirak edir və CSTICH 2 daxil olmaqla bir neçə layihənin əsas tədqiqatçısıdır (PI).

Heydar Mammadli

Baş katib

Heydər Məmmədli tibb təhsilini Ankara Universitetinin Tibb Fakültəsində tamamlamışdır. Daha sonra VM Medical Park Hospital-da çalışmışdır. 2024-cü ildən etibarən Nottingham University Hospitals NHS Trust-in Queen’s Medical Centre xəstəxanasında fəaliyyət göstərir, burada klinik bilik və bacarıqlarını inkişaf etdirməyə və yüksək keyfiyyətli pasiyent qayğısının göstərilməsinə töhfə verməyə davam edir.

Sakina Ibrahimova

Xəzinədar (Maliyyə Direktoru)

Səkinə İbrahimova, MBBS, MBA, Əczaçılıq üzrə Həkim, Grünenthal şirkətində Qlobal Tibbi Rəhbərdir. Əczaçılıq Həkimləri Fakültəsinin Üzvlük Komitəsinin nümayəndəsidir.



Dr Konul Hajiyeva

Təhsil və Akademik İşlər üzrə Sədr

10 ildən artıq klinik təcrübəyə malik olan Dr. Konul Hacıyeva Oksford Universiteti Xəstəxanaları NHS Fondunda, Oksford şəhərində yerləşən John Radcliffe Xəstəxanasında çalışan Konsultant Kardiotorakal Anestezioloq və Reanimatoloqdur. O, ixtisaslaşmış klinik bilik və bacarıqlarını güclü akademik və liderlik təcrübəsi ilə birləşdirir. Dr. Hacıyeva Kembric Universitetindən Liderlik, Tədqiqat və Təhsil üzrə ixtisas dərəcəsinə, Xəstə Təhlükəsizliyində İnsan Faktorları üzrə magistr (MSc) dərəcəsinə və Avropa Anesteziologiya və İntensiv Terapiya Cəmiyyətinin diplomuna (DESAIC) malikdir. O, Avropa Anesteziologiya və İntensiv Terapiya Cəmiyyətinin (ESAIC) imtahançısıdır və Avropa Kardiovaskulyar Görüntüləmə Cəmiyyəti (EACVI) tərəfindən transezofageal exokardioqrafiya (TOE) üzrə akkreditasiya olunmuşdur. Bu, onun mürəkkəb kardiotorakal praktikada perioperativ ürək görüntüləməsi və xəstə təhlükəsizliyi sahəsində yüksək səviyyəli ekspertliyini əks etdirir.

Yuliana Huseynova

Klinik Əməkdaşlıq və Telekonsultasiya üzrə Sədr

Anesteziologiya üzrə İxtisaslaşmış Həkim
Kral Anestezioloqlar Kollecinin Assosiasiya Üzvü
Şimali Sağlamlıq və Sosial Qayğı Trust-i, Causeway Hospital, Şimali İrlandiya










Halə Cəfərova Ayik

İctimai Əlaqələr və Media üzrə Sədr

Hazırda University Hospitals of North Midlands-də Onkologiya üzrə rezident (Specialty Registrar) kimi çalışır və müxtəlif davam edən tədqiqat və audit layihələrində iştirak edir. Azərbaycan Tibb Universitetini bitirmişdir. Türkiyədə Marmara Universitetinin Tibb Fakültəsinin Daxili Xəstəliklər kafedrasında daxili xəstəliklər üzrə ixtisas hazırlığını tamamlamışdır. İstanbulda, Türkiyədə 2 ildən artıq müddətdə Daxili Xəstəliklər üzrə Konsultant həkim kimi çalışmışdır. Cancer Research UK təşkilatında könüllü fəaliyyət göstərmişdir.


Kamala Ebrahimova

Strateji İnkişaf və Beynəlxalq Əlaqələr üzrə Sədr

Hazırda Böyük Britaniyada NHS və özəl sektorda Ümumi Diş Həkimi kimi fəaliyyət göstərir. Azərbaycan Tibb Universitetini bitirmiş, daha sonra King’s College London-da stomatoloji təhsilini tamamlamış və 2011-ci ildə diş həkimi kimi ixtisaslaşmışdır. Kent Universitetindən (FGDP UK ilə) İlkin Diş Baxımı üzrə Magistratura Sertifikatına (Merit) malikdir, 2012-ci ilin iyul ayında tamamlamışdır. 15 ildən artıq klinik təcrübəyə malikdir və estetik (kosmetik) stomatologiyaya xüsusi maraq göstərir. İngilis, rus, türk və fars dillərini sərbəst bilir.