Bu gün komandamız üçün qürurverici bir hadisəni bölüşmək istəyirik.
Həkim-anestezioloqlarımızdan biri Bakı şəhərində yerləşən Seçenov Universitetinin Simulyasiya Mərkəzində keçirilən anesteziologiya üzrə Master Class proqramında uğurla iştirak etmişdir.
Təlim çərçivəsində müasir anesteziya metodları, kritik vəziyyətlərin idarə olunması və yüksək dəqiqlikli simulyasiya texnologiyaları əsasında praktiki bacarıqlar daha da təkmilləşdirilmişdir.
Peşəkar inkişaf və davamlı təhsil xəstələrimizə göstərdiyimiz tibbi xidmətin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır. Həkimimizi bu nailiyyət münasibətilə təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.










