ABADD-ın ilk layihəsi
Sevinc hissi ilə paylaşmaq istəyirik ki, ABADD-ın ilk layihəsi çərçivəsində Bakı filialı Seçenov Universitetinin Simulyasiya Mərkəzindən Dr. Nərgiz Şirinovanı Birmingem Qadın və Uşaq Xəstəxanasına və onun yeni simulyasiya mərkəzinə dəvət etdik.
İki həftəlik intensiv proqram ərzində Nərgiz xanım zəngin təcrübə qazandı və hətta BBC News tərəfindən çəkilişdə də iştirak etdi!
Əziz həmkarlar, əgər sizin çalışdığınız xəstəxanalarda da bu cür imkanlar varsa, gəlin Bakıda təhsil alan gənc həkimlərimizi və tələbələri observation proqramına dəvət edək. Bu, həm onların inkişafına, həm də ölkələrimiz arasında təcrübə mübadiləsinə böyük töhfə verəcəkdir.









