Dekabrın 18-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı ilə Britaniya-Azərbaycan Həkim və Stomatoloqlar Assosiasiyası arasında əməkdaşlıq memorandumunun imzalanmasına həsr olunmuş tədbir keçirilib.
Memorandumu Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkim Bəxtiyar Musayev və Britaniya-Azərbaycan Həkim və Stomatoloqlar Assosiasiyasının rəhbəri Fidan İsrafilbəyli imzalayıblar.





